Ağ Evin Yəmənlə münaqişə istəmədiyi bildirilib

ag-evin-yemenle-munaqise-istemediyi-bildirilib
Oxunma sayı: 1538

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-nin Yəməndəki Ənsarullah hərəkatının üsyançıları ilə münaqişəyə can atmadığını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ-nin CBS telekanalına açıqlama verən Kirbi, Vaşinqtonun yalnız husilərin Qırmızı dənizdəki gəmilərə hücumlarına son qoyulmasını istədiyini vurğulayıb:

“Biz Yəmənlə münaqişə axtarmırıq. Qırmızı dənizdəki vəziyyəti sakitləşdirməyə və hücumları dayandırmağa çalışırıq”.

Kirbi bu açıqlamaları verərkən ABŞ və İngiltərə Yəmənin şimalında yeni hava əməliyyatı həyata keçirib.