C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi “Ağ ölümə qarşı birləşək!” adlı tədbir keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqu Məmmədova Pərvanə narkomaniyaya qarşı maarifləndirmə və mübarizəyə həsr olunmuş mühazirə ilə çıxış edib.
Mühazirə zamanı mövzuya uyğun olaraq muzey tərəfindən hazırlanmış video-çarxlar nümayiş etdirilmişdir. Sonra mühazirəçi tədbir iştirkaçılarını maraqlandıran sualları cavablandırıb.
Tədbirdə şəhər muzeylərinin əməkdaşları, Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə heyətindən bir qrup, media nümayəndələri iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər