Ağ Şəhər də dezinfeksiya edildi - Fotolar

ag-seher-de-dezinfeksiya-edildi
Oxunma sayı: 1519

Koronovirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədi ilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Bakı Ağ Şəhərin ərazisindəki küçələrdə xüsusi kommunal texnikalar vasitəsilə mütamadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.

"Qafqazinfo" xəbər verir ki, küçə və prospektlərin kənarları, yollar, səkilər xüsusi dezinfeksiyaedici maddərlə yuyulur. Ağ Şəhərin Xəqani Rüstəmov, Mərkəzi Bulvar, 1-ci Yaşıl Ada və digər təhvil verilmiş küçələri də xüsusi diqqət mərkəzində saxlanılır.

Ağ Şəhər ərazisindəki parklar, bağlar və uşaq meydançalarında da dezinfeksiya tədbirləri görülür.

Bakı Ağ Şəhər ərazisində fəaliyyət göstərən müəssisə və ofis mərkəzlərində də qabaqlayıcı-profilaktik tədbirlər görülməkdədir.

Həmçinin hər bir sakinin şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi ilə bağlı maarifləndirici işlər də aparılır.