“Ağ şəhər”lə məcburi köçkünlər arasında narazılıq- - Video

ag-seherle-mecburi-kockunler-arasinda-naraziliq-
Oxunma sayı: 1835


“Qafqazinfo” Müsavat.com-a istinadən xəbər verir ki, aparılan tikinti işləri sakinlərin onsuz da çətin olan yaşam şəraitini bir az da dözülməz edir. "Ağ şəhər" layihəsi başlayandan ərazidə aparılan tikinti işləri artıq sakinlərin qapısına dayanıb, yaşayış evləri ilə tikinti sahəsi arasında 20-30 metrlik məsafə var. Sakinlərdən Tamara Əliyeva deyir ki, tikinti prosesinin səs-küyü, toz-torpağı bir yana, evin yaxınlığından ağır tonnajlı yük maşınlarının keçməsi evləri qəzalı vəziyyətə salıb.

Digər tərəfdən, "Azəryol servis" işçiləri bu ərazidən keçən yolu genişləndirərkən bəzi evlərin hasarını uçurub, bəzilərinin divarını zədələyib. 

Sakinlər küləkli günlərdə toz-torpaq əlindən evdə yaşaya bilmədiklərini deyirlər.

Ərazidən keçən yolun qazıntı işləri səbəbindən yararsız hala düşməsi isə avtomobillərin rahat hərəkət etməsinə mane olur. Sözügedən ərazidə 15 ailənin yaşadığı məhəllənin ortasında ucaldılan bu çoxmərtəbəli bina isə onların evlərini iki metrliyndədir. Burada tikinti-təhlükəsizlik normalarına əməl olunmamasına görə, sakinlər hər an bir faciəvi hadisənin baş verəcəyindən qorxurlar. 

Qeyd edək ki, irimiqyaslı tikinti aparılan ərazidə bu cür yaşayış evlərinin saxlanılması tikinti normaları baxımından da düzgün deyil. Elə bu səbəbdən ötən ilin sonlarında bu ərazidən 15 ailə köçürülüb. Burada qalanlar isə birbaşa tikinti ərazisinə düşmədiyindən onların köçürülməsi nəzərdə tutulmadı. Sakinlər deyir ki buradan öz istəkləri ilə getmələri üçün onların işığını, suyunu tez-tez kəsirlər. Onlar isə köçürülmələrinə görə, kompensasiya tələb etdiyindən bu xərci heç kim boynuna götürmək istəmir. 

Sakinlər sözləri görə, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinə və Xətai rayon İcra Hakimiyyətinə müraciət etsələr də, dəqiq bir cavab ala bilməyiblər. Onlara yaxın zaman da köçürüləcəklərinə dair söz verilib, lakin nə zaman köçəcəkləri məchuldur.

Daha ətraflı videoda: