“Ağ Yol”dan “Qurtuluş Günü” bəyanatı

ag-yoldan-qurtulus-gunu-beyanati
Oxunma sayı: 818


“Ağ Yol”un mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bəyanatda deyilir:

“1993-cü ilin iyunu xalqımız üçün çətin sınaqlar dövrü idi. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı- ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı.

İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təlatümlər dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncə qiyamı ölkəni tamamilə xaosa sürükləmışdı. 

Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüş, qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb edirdi. Vəziyyət nəzarətdən çıxır və ətraf rayonların icra başçıları zorla dəyişdirilirdi. Qiyam məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru genişlənirdi.

Artıq vətəndaş müharibəsi başlamış, ölənlər və yaralananlar haqqında hər gün məlumatlar daxil olurdu. Dövləti məhv olmaqdan xilas etmək iqtidarında olmayan yetgililərin yeganə çıxış yolu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək idi.

Bakıya qayıdandan sonra qiyamçılarla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncədə baş verənlərlə bağlı arayış verir. Beləliklə, 1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçilir.

Mərhum prezident Heydər Əliyevin qətiyyəti və müdrik siyasəti nəticəsində bu gün dünyada güclü, qüdrətli Azərbaycan dövləti öz mövcudluğunu qoruyub saxlamaqdadır. 

15 İyun Milli Qurtuluş Günü xalqın və müstəqil Azərbaycanın tarixində şərəfli və əbədi yadda qalan gün kimi yaddaşlara həkk olunub”.