“Qafqazinfo” xəbər verir ki, “Xəzər Lənkəran” evdə “Bakı”nı 2:1 hesabı ilə məğlub edib.
Lənkəran şəhər stadionundakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Elbrus Məmmədov qələbəni belə şərh edib:
“Bu heyətlə ilk qələbəni qazandıq. Çatışmazlıq var idi, vəzifəmizin öhdəsindən gəldik. Bu münasibətlə futbolçuları, rəhbərliyi tamaşaçıları təbrik edirəm. Müdafiəçilər bir qədər inamsız çıxış etdilər. Bu hadisələrlə ikinci hissədə qarşılaşmadıq. Ağabala Ramazanovun qırmızı vərəqə aldığı epizoda baxılacaq. Ramazanov deyir ki, günah iş görmədim. Buna rəğmən, epizoda baxılacaq və qərar verilәcәk. Onun hakimlәri söymәsini görmәdim. Әgәr belә şey varsa, o klub tәrәfindәn dә cәza alacaq”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər