Ağac aşaraq yolu bağladı - Fotolar

agac-asaraq-yolu-bagladi
Oxunma sayı: 1385

Bu gün şimal-qərb bölgəsində güclü küləyin əsməsi nəticəsində İsmayıllı-Qaraməryəm-Şəki-Oğuz avtomobil yolunun Oğuz rayonun ərazisindən keçən 106-111-ci km-lik hissəsində 7 nöqtədə, Kərimli avtomobil yolunda isə 1 nöqtədə ağacların və iri budaqların yolun hərəkət hissəsinə qırılaraq aşması avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

“Qafqazinfo”ya verilən məlumata görə, qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi alətlərlə təchiz olunmuş əməkdaşları cəlb olunub. 

Qısa müddət ərzində sözügedən avtomobil yollarının hərəkət hissəsi qırılmış ağac və budaqlardan təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.