Oğuz sakini bədbəxt hadisə nəticəsində özünə xəsarət yetirib.
“Qafqzinfo” “Report”a istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Muxas kəndində baş verib.
Həmin kəndin 1989-cu il təvəllüdlü sakini Allahverdiyev Tərlan Knyaz oğlu bağda elektrik mişarı ilə ağacları budayarkən ehtiyatsızlıqdan ayağını kəsib.
Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan T.Allahverdiyevə sol ayağın kəsilmiş yarası diaqnozu qoyulub.
Son xəbərlər
Son Xəbərlər