Ağacan Abıyev idman qurğularından danışdı

agacan-abiyev-idman-qurgularindan-danisdi
Oxunma sayı: 637

“Qafqazinfo” Apasport.az saytına istinadən məlumatına görə, MDB ölkələrinin İcraiyyə Komitəsi tərəfindən qəbul olunmuş 2012-ci il – “İdman və sağlam həyat tərzi ili”nin tədbirlər planına əsasən təşkil olunan yığıncaq bədən tərbiyəsi və idman sahəsində beynəlxalq təcrübə mübadilələri baxımından xüsusi əhəmiyyət daşıyır.

Konfransın açılış mərasimi Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında olub. Tədbirdə öncə gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O, ölkəmizdəki idman qurğuları barədə məlumat verib. Nazir bildirib ki, indiyədək 35 olimpiya kompleksi istifadəyə verilib, eyni zamanda ayrı-ayrı idman növləri üzrə mərkəzlər tikilib. Hazırda 65 min nəfərlik Olimpiya stadionu, gimnastika, boks, cüdo və üzgüçülük komplekslərinin tikintisi davam edir.

“Bütün bunlar ölkəmizdə idmanın düzgün yolla inkişafını göstərir”, - deyən Rəhimov konfrans iştirakçılarına uğurlar arzulayıb. Ardından nazir müavini İsmayıl İsmayılov konfransın reqlamentini açıqlayıb. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə isə Azərbaycanda idman infrastrukturunun keçdiyi yola nəzər salıb. O, İlham Əliyevin 1997-ci ildə MOK prezidenti seçilməsindən sonra idman qurğularının, habelə qurumun inzibati binasının inşasının reallaşdığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Rusiya, Ukrayna, Qazaxıstan və Qırğızıstandan gələn qonaqlar öz ölkələrində idman qurğularının hazırkı vəziyyəti və orada təşkil olunan beynəlxalq yarışlar barədə məlumat veriblər.

Sonda MOK-un baş katibi Ağacan Abıyev idman qurğularının idarə edilməsi ilə bağlı zəruri məsələlərə toxunub. O, belə qurğuların sistemli şəkildə idarə edilməsinin vacibliyindən danışıb.