Ağacdan yıxılıb ağır yaralandı

agacdan-yixilib-agir-yaralandi
Oxunma sayı: 751

Şəmkir rayon sakini ağacdan yıxılaraq ağır xəsarət alıb.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə rayonun Cinarlı qəsəbəsində baş verib. 

Qəsəbə sakini, 1992-ci il təvəllüdlü İlahə Musa qızı Nəbiyeva qarnın kəsilmiş-deşilmiş yarası ilə Şəmkir Rayon Mərkısi Xəstəxanasına yerləşdirilib.

Həkimlər tərəfindən əməliyyata alınan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, İ.Nəbiyeva həyətlərindəki ağacdan yıxılıb.

Faktla bağlı isə Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.