Ağacları baltalayıb obyekt tikmək istədilər - Video

agaclari-baltalayib-obyekt-tikmek-istediler
Oxunma sayı: 1675

Samux rayonunda yolun kənarında olan hündür ağaclar baltalanaraq zədələnib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, söhbət Gəncə-İmamzadə avtomobil yolunun Samuxun İnstitut qəsəbəsi ərazisindən keçən hissəsindəki ağaclardan gedir. 4 ədəd hündür ağacın gövdəsi qurutmaq məqsədilə baltalanıb.

Sakinlərin sözlərinə görə, ağacları qurutmaqda məqsəd onları kəsmək və yerində obyekt tikməkdir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı nazirliyin regional ekologiya idarəsinin əməkdaşları həmin ərazidə olublar: “Ağacların kim tərəfindən zədələnməsinin aşkar olunması üçün müvafiq polis şöbəsinə müraciət olunub”.

Elmar Əli

Murad Əhməd