Ağacları yandırıb sonra kəsiblər

agaclari-yandirib-sonra-kesibler
Oxunma sayı: 1437

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

“Qafqazinfo” xəbər verir ki, keçirilən reyd zamanı rayonun Qızılağac kəndi ərazisində 4-14 sm diametrliyində 43 ədəd akasiya ağacının yandırılaraq kökündən kəsildiyi  və təbiətə 4390 manat  ziyan dəydiyi aşkar edilib. 

Hazırda təqsirkarın müəyyən olunması istiqamətində araşdırma aparılır.