Ağadadaş Ağayev əməliyyat olundu - Fotolar

agadadas-agayev-emeliyyat-olundu
Oxunma sayı: 4623

Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev Türkiyədə növbəti dəfə əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram hesabında məlumat paylaşıb.

O qeyd edib ki, 65 yaşlı Xalq artistinin əməliyyatı uğurlu keçib:

“Dualarımız qəbul olundu”. 

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində özəl  klinikaların birinə yerləşdirilən A. Ağayev ötən ay da əməliyyat olunmuşdu.