Ağalar Vəliyev Milli Qəhrəman və şəhid ailələri ilə görüşdü - Fotolar

agalar-veliyev-milli-qehreman-ve-sehid-aileleri-ile-gorusdu
Oxunma sayı: 2534

Yeni Azərbaycan Partiyasından 97 saylı Goranboy –Ağdam-Tərtər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış  Ağalar Vəliyev Goranboy rayonunda yerli seçki qərargahının üzvləri və ictimaiyyətin nümayəndələrilə birgə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və abidənin önünə tər gül-çiçək dəstələri qoyub . "Qafqazinfo" xəbər verir ki, daha sonra Ağalar Vəliyev 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə rayonun Şəhidlər Xiyabanını ziyarət edib və şəhidlərin ruhunu ehtiramla yad edib.

Elə həmin gün Ağalar Vəliyev rayonun Qızılhacılı qəsəbəsində, Tatarlı və Tapqaraqoyunlu kəndlərində Azərbaycanın Milli Qəhrəmanları  Niyazi Aslanovun, Sərxan Ocaqverdiyevin, Yunis Əliyevin və şəhid atası Tariyel Abbasovun ailə üzvlərilə görüşüb. Səmimi keçən görüşlərdə  Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan söz açılmış və xüsusi  vurğulanıb ki,son 16 il ərzində şəhid ailələrinə və Qarabağ əlillərinə  7500 - dən çox mənzil və fərdi yaşayış evi ,7000 -ə yaxın minik avtomobili verilmiş,18000 -ə dək şəhid vərəsəsi 11 000 manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilib.

Ağalar Vəliyev görüşlər zamanı Milli Qəhrəman və şəhid ailələrinin problemləri ilə maraqlanmış və bildirib ki , şəhid ailələri, Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslər bundan sonra da dövlətimizin hərtərəfli  qayğısı  ilə əhatə olunacaq. Görüş iştirakçıları tərəfindən ,ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.