Ağalarovla Putinin dostu qarşı-qarşıya- - Layihəni kim udacaq?

agalarovla-putinin-dostu-qarsi-qarsiya-
Oxunma sayı: 3291


“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki,  “Crocus Group”la yanaşı, prezident Vladimir Putinin yaxın dostlarından sayılan Qennadi Timçenkonun “ARKS” şirkəti də dairəvi yolun tikinti podratçısı olmağa iddialıdır.

“Bəli, “Corcus Group”dan başqa, ARKS şirkəti də layihəyə maraq göstərir. Hər iki şirkətin layihəyə yanaşmasında müsbət və mənfi cəhətlər var. Hazırda onların layihədə iştirak parametrləri ölçülür”, - layihənin icrasına nəzarət edən “Avtodor” dövlət şirkətinin direktorlar şurasının sədri Sergey Kelbax məlumat verib.

Kelbax “Moskva Mərkəzi Dairəvi Yolu”nun icraçısının iyunun sonuna qədər məlum olacağını deyib. Bundan əvvəl, Araz Ağalarov “Crocus Group” şirkətinin layihəyə maraq göstərmədiyini söyləmişdi.