Ağalarovun konsertindən - Fotolar

agalarovun-konsertinden
Oxunma sayı: 2197

Krokus City Hall-da Qriqori Leps, Emin Ağalarov və Sergey Lazarev konsert verib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, konsert 8 Mart qadınlar bayramına həsr olunub.

“Mən qadınların xoşuna gəlirəm” adlı konsertdən sonra məşhur üçlük jurnalistlərin suallarını cavablandırıb.

“Niyə trio şəklində çıxış etmirsiz?" sualına Leps zarafatyana cavab verib: 

“Eminlə mən özümüzü Lazarevə yapışdırırıq. Onunla birlikdə “Eurovision”a getmək niyyətindəyik. O bütün hallarda yarışmaya gedəcək, bizi isə götürməyiblər”.

Emin Ağalarov isə həmkarına uğur diləyib, Rusiyaya qələbə gətirməyini arzu edib.