Ağalı kəndində 29 il sonra ilk zəng çalındı - Fotolar

Ağalı kəndində 29 il sonra ilk zəng çalındı
Oxunma sayı: 3481

15 sentyabr - Bilik Günü ilə əlaqədar olaraq Zəngilanda tədris ili başlayıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Ağalı kəndində 29 ildən sonra ilk dəfə məktəb fəaliyyətini bərpa edib.

Dərsdən öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Zəngilan rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev iştirak edib.

Qeyd edək ki, Ağalı kənd orta məktəbi 360 şagirdin təhsil alması üçün nəzərdə tutulub.