Ağaoğlu qadınlar haqqında sözlərinə görə məhkəməyə verildi

Ağaoğlu qadınlar haqqında sözlərinə görə məhkəməyə verildi
Oxunma sayı: 2594

Keçmiş CHP millət vəkili Tur Yıldız Biçer iş adamı Əli Ağaoğlunu məhkəməyə verib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, şikayət ərizəsində biznesmenin 2017-ci ildə sənədli film çəkilişi zamanı qadınları təhqir etdiyi yazılıb. Biçer eyni zamanda özünün də təhqir edildiyini əsas gətirərək şikayətçi olub. Ağaoğlu haqqında 3 aydan 2 il 4 ayadək həbs tələbi irəli sürülüb. İddianamə qəbul edilsə, iş adamı İstanbul Asliyə Cəza Məhkəməsində hakim qarşısına çıxacaq. Bundan başqa, Ağaoğlu haqqında “şəxslər arasında ayrı-seçkilik salmaq”, “xalqı kin və düşmənçiliyə qəsdən təhrik etmə” maddələri üzrə ittihamlar qüvvədən düşüb.

Xatırladaq ki, Əli Ağaoğlu BBC üçün hazırlanan filmin çəkilişi zamanı yataq otağındakı qadın çantalarını və ayaqqabılarını göstərən jurnalistə “Çantalar yox, onları istifadə edənlər mənim malımdır” cavabını vermişdi. Tur Yıldız Biçerin məhkəməyə şikayət ərizəsi verməsindən sonra isə xanım millət vəkili haqqında “Onu evdə gözləyirəm, gəlsin” sözlərini işlətmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi