"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Aran kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Musa Əli oğlu aralarında baş verən mübahisə zəmnində həmkəndlisi, 1979-cu il təvəllüdlü Həsənov İlham Cahid oğlunu bıçaqlayıb. Boğazından və bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq yarası alan İlham Həsənov hadisə yerindəcə dünyasını dəyişib.
Musa Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər