Ağcabədi sakinini baltaladılar – - Qətl

agcabedi-sakinini-baltaladilar-
Oxunma sayı: 1885


“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Aşağı Avşar kəndinin yaxınlığında kənd sakini, 1985-ci il təvəllüdlü Qədimov Saqibət Asif oğlu naməlum şəxs və ya şəxslər tərəfindən baltalanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan S.Qədimovun həyatını xilas etmək mümkün olmayıb.

 Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

 Qətlin kim tərəfindən, hansı səbəbdən törədildiyi hələlik dəqiqləşməyib.