Ağcabədi susuz qalıb

agcabedi-susuz-qalib
Oxunma sayı: 882


“Qafqazinfo”nun məlumatına görə, rayonun Boyat kənd sakinləri içməli su tapa bilmirlər. 

Kənd sakini İbrahim Məmmədovun sözlərinə görə, kənddə içməli su problemi 20 ildir ki, yaşanır. 

Sakinlər içməli suya olan tələbatlarını qaynama suları ilə ödəsələr də son bir neçə ayda su quyularının quruması vətəndaşları çıxılmaz vəziyyətə salıb. 

Məlahət Hüseynova yaranmış vəziyyətlə bağlı dəfələrlə rayon rəhbərliyinə və rayonun millət vəkili Aqil Abbasa müraciət etdiklərini, amma problemin həllini tapmadığını deyir. 

Hər dəfə aidiyyatı qurumlar tərəfindən kənd sakinlərinə yalnız vədlər verilir. 

Anar Həşimov