“Qafqazinfo” xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Hindağ qəsəbə sakini 1981-ci il təvəllüdlü Mamedov Rüfət Məhərrəm oğluna məxsus ümumi çəkisi 800 qram olan marixuana aşkar edilərək götürülüb.
Belə ki, axtarış zamanı qəsəbə sakininin yaşadığı evin yataq otağından 1 ədəd sellofan torbada çəkisi 491 qram, həmçinin həmin evin zirzəmisindən 301 qram qurudulmuş marixuana tapılıb.
Hazırda faktla bağlı cinayət işi başlanılıb.