Ağcabədidə müxtəlif cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Avşar kəndi ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Məlumatla əlaqədar müvafiq tədbirlər görülüb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilib. Oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun Yuxarı Avşar kənd sakini Aslan Xanlarov olduğu müəyyən edilib. Araşdırmalarla onun mağazadan kontur, siqaret və pul oğurladığı aşkar olunub.
Bundan başqa, rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli olan şəxs saxlanılıb. Onun rayon sakini Vüqar Əliyev olduğu müəyyən edilib. Saxlanılan şəxsin yaşadığı ünvanda aparılan müvafiq axtarış zamanı aqrotexniki üsulla yetişdirilən çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Ağcabədi RPŞ-də istintaq davam edir.
Son xəbərlər
Son Xəbərlər