Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı

agcabedide-qanunsuz-ov-edenler-saxlanildi
Oxunma sayı: 1707

Laçın rayon polis şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri aşkar edib.

"Qafqazinfo"nun verdiyi məlumata görə, Laçın rayon polis şöbəsinə Ağcabədi rayonu Taxta körpü qəsəbəsi "Nurəddin qış obası" istiqamətində qanunsuz ov edilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-21099" markalı avtomobil saxlanılıb. Nəqliyyat vasitəsinin sürücüsü, 1968-ci il təvəllüdlü Zərdab rayon sakini Tahir Süleymanov və avtomobildə sərnişin qismində olan, 1986-ci il təvəllüdlü Ağcabədi rayon sakini Əli Mirzəyev olması müəyyən edilib.

Hər iki şəxsin iştirakı ilə avtomobillə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yük yerində 7 ədəd ovlanması qadağan edilmiş "Turac" növünə aid çöl quşları, avtomobilin salonunda 1 ədəd ov tüfəngi, 1 ədəd 16 çaplı qoşa lülə və həmin silahlara aid çoxlu sayda müxtəlif növ patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Tural Hüseynli