Ağcabədidəki faciədə ölənlərin sayı artır- - Fotolar

agcabedideki-faciede-olenlerin-sayi-artir-
Oxunma sayı: 1947


“Qafqazinfo” xəbər verir ki, rayonun mərkəzi xəstəxanasının baş həkimi Novruz Abbasovun verdiyi məlumata görə, ötən gecə Qaravəlli kəndindəki zəncirvari qəzada ata-bala da vəfat edib. 

Aparılan tibbi yardımlara baxmayaraq  “Daevo Nexia” maşınında sərnişin qismində olan 35 yaşlı Kənan Əliyev Vaqif oğlu və onun 7 yaşlı qızı Fərqanə Əliyevanın həyatını xilas etmək mümkün olmayıb. 

Bununla da baş verən ağır yol qəzasında ölənlərin sayı 6 nəfərə çatıb. Daha 4 nəfər isə yaralıdır. 

Qeyd edək ki, hadisə Yevlax – Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qaravəlli kəndindən keçən hissəsində baş verib. Qəza zamanı “Mercedes”, “BMW” və “Daevo Nexia” markalı maşınlar toqquşub. 

Anar Həşimov