Ağciyər Xəstəlikləri İnstitutunda bir gecədə iki nəfər ölüb

agciyer-xestelikleri-institutunda-bir-gecede-iki-nefer-olub
Oxunma sayı: 2866

Bu gün Ağ Ciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi qeydə alınıb.

"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu və Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev müalicə aldıqları Ağciyər Xəstəlikləri İnstitutunda qanaxmadan dünyasını dəyişib.

Xəstələrin yaxınları ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndiriblər. 

Ağciyər Xəstəlikləri İnstitutunun yeni direktoru Həqiqət Qədirova  açıqlamasında bildirib ki, ağır xəstələrin ölməsi normal hadisədir:

“Bu məlumatı hansısa yaramaz bir sensasiya kimi sizə ötürüb. Belə ölüm hadisələri olur. Amma bu o demək deyil ki, onlara baxış yoxdur. Onlar hər ikisi ağır xəstə olublar. Bizdə ölüm komissiyası var. Bunların da ölüm səbəbləri araşdırılacaq. Onların hansı səbəbdən ölümlərini isə sizə deyə bilməyəcəm. Bu həkim sirri məsələsidir”.