Ağciyər Xəstəlikləri İnstitutunun direktoru işdən çıxarıldı

agciyer-xestelikleri-institutunun-direktoru-isden-cixarildi
Oxunma sayı: 6110

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.

Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən məlumat verilib. Bildirilib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bununla bağlı bu gün əmr imzalayıb.

Xəstəxanaya yeni direktor hələ təyin olunmayıb.

Qeyd edək ki, Həqiqət Qədirova 2017-ci ildən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda direktor vəzifəsində çalışırdı.

Gülnar Əliyeva