Ağdam istiqamətində mövqelərimiz atəşə tutuldu

agdam-istiqametinde-movqelerimiz-atese-tutuldu
Oxunma sayı: 2035

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.