Ağdam qələbəsi ilə bağlı Bakıda avtoyürüş - Fotolar

agdam-qelebesi-ile-bagli-bakida-avtoyurus
Oxunma sayı: 5787

Ağdam şəhərinin işğaldan azad edilməsi münasibətilə Bakıda avtoyürüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilən avtomobillər Heydər Əliyev prospektindən yürüşə başlayıblar. Avtomobil karvanı Şəhidlər xiyabanı, İçərişəhər, Dənizkənarı Milli Parkdan keçərək paytaxtın müxtəlif ərazilərində görünüb.

Xatırladaq ki, Ağdamın işğaldan azad olunması münasibətilə bu gün həm də Şəhidlər Xiyabanına insanların qələbə yürüşü təşkil edilmişdi.

Elsevər Məmmədov

Fotolar: Pərvin Zeynal