Ağdam sakini Bərdədə qəzada öldü - Foto

agdam-sakini-berdede-qezada-oldu
Oxunma sayı: 1636

Bərdədə ölüm ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon Qaraağacı kənd sakini 1990-cı il təvəllüdlü Surxay  Ağalarov idarə etdiyi "VAZ- 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən Ağdam rayon sakini Əliyev Zakir Lələkişi oğlunu vurub.

Ağır bədən xəsarətləri alan Z.Əliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli