Ağdam Şəhəri Günü qeyd edildi - Fotolar

agdam-seheri-gunu-qeyd-edildi
Oxunma sayı: 2015

Bu gün Ağdam Rayon Heydər Əliyev Mərkəzində rayonun işğaldan azad olunmasının 3-cü ildönümü və Ağdam Şəhəri Günü qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, sonra Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzüb.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tədbirdə çıxış edərək 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisinin Ermənistan ordusu tərəfindən boşaldılmasından, Azərbaycan Ordusunun heç bir itki vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil olmasından, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçuların təltif olunması üçün “Ağdamın azad olunmasına görə” medalının və eyni zamanda tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı 20 noyabr tarixinin “Ağdam şəhəri günü” kimi təsis olunmasından bəhs ediblər.