“Ağdam urbisidin aydın illüstrasiyasıdır” - Hikmət Hacıyev + Fotolar

agdam-urbisidin-aydin-illustrasiyasidir
Oxunma sayı: 2385

“Urbisid hərfi mənada “şəhərə qarşı zorakılıq” kimi tərcümə olunan bir termindir. Ermənistanın 30 illik vandalizmi nəticəsində tamamilə dağıdılmış və talan edilmiş Ağdam şəhəri urbisidin aydın illüstrasiyasıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin Ağdama səfərini müşayiət edən Prezidentin köməkçisi Hikmət hacıyev tvitter səhifəsində yazıb.

“Ağdamı “Qafqazın Hiroşiması” adlandırırlar”, - deyə Hacıyev paylaşımında qeyd edib.