Ağdam xəstəxanasında kütləvi zəhərlənmə - Yenilənib

Ağdam xəstəxanasında kütləvi zəhərlənmə
Oxunma sayı: 3438

Ağdam Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində - Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub.

***

Ağdam Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”ya verilən məlumata görə, 12 tibb işçisi zəhərlənib. Onların hazırda vəziyyəti yaxşıdır. 

Zəhərlənən şəxslərə orta və yüngül dərəcəli zəhərlənmə diaqnozu qoyulub. Zəhərlənənlər tibbi müayinə olunublar və səhhətləri stabildir.

Zəhərlənmənin hansı səbəbdən baş verməsinə gəlincə isə, xəstəxanadan hazırda bununla bağlı araşdırma aparıldığı bildirilib: “Xəstəxanada dezinfeksiya işlərini bizə tabe olmayan qurum aparıb. Ona görə də zəhərlənmənin niyə baş verdiyini dəqiq bilmirik. Hazırda bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Tibb müəssisəsindən, həmçinin qeyd edilib ki, zəhərlənənlər arasında həkim yoxdur. Onlar orta və kiçik tibb işçiləridir.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, Ağdam RMX-də aparılan dezinfeksiya işləri ilə bağlı 12 tibb işçisi yüngül dərəcədə zəhərlənib:

“Hazırda rayon prokurorluğunda araşdırma aparılır”.

***

TƏBİB-in məlumatına görə, bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib:

“Onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır”.