Ağdama qanunsuz getmək istəyənlər saxlanıldı

Ağdama qanunsuz getmək istəyənlər saxlanıldı
Oxunma sayı: 922

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

 DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən işğaldan azad edilmiş Qullar kəndinə keçmək istəyən 5 nəfər saxlanılıb.

 Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar. Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.