Ağdamda 50 yaşlı kişi özünü öldürmək istədi - Fotolar

agdamda-50-yasli-kisi-ozunu-oldurmek-istedi
Oxunma sayı: 3044

Ağdamda 50 yaşlı kişinin intihar cəhdinin qarşısı alınıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Quzanlı 1 qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini İsmayılov Sahib ərazidə olan yüksək gərginlikli elektrik  xətti dirəyinə çıxaraq intihara cəhd edib. Hadisə şahidləri FHN-in  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verib. Hadisə yerinə gələn FHN əməkdaşları S.İsmayılovla söhbət apararaq onu intihar fikrindən daşındırıblar.
 
Faktla bağlı araşdırma aparılır.