Ağdamda 52 min manatlıq oğurluq - Fotolar

Ağdamda 52 min manatlıq oğurluq
Oxunma sayı: 2433

Ağdam sakininə məxsus fərdi yaşayış evindən 37 200 manat pul və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Tural Tağıyev, Anar Həsənov və Ehtiram İsmayıloğlu saxlanılıblar.

Həmin şəxslərdən oğurladıqları pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.