Ağdamda 6 ayın gəlini intihar etdi

agdamda-6-ayin-gelini-intihar-etdi
Oxunma sayı: 5183

Ağdamda 26 yaşlı qadın özünü asaraq intihar edib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Kamallı Sücayət Valeh qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.

Məlumata görə, 26 yaşlı qadının toyu cəmi 6 ay əvvəl olubmuş.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb.