Ağdamda ağır qəza- - 1 ölü, 6 yaralı+Fotolar

agdamda-agir-qeza-
Oxunma sayı: 1154


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Quzanlı qəsəbəsində VAZ 21099 və VAZ 21011 markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılara əvvəlcə Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralılardan biri Bərdə MRX-da dünyasını dəyişib. 

Hazırda hadisə yerndə araşdırma aparılır. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.