Ağdamda ağır qəza – - 2 ölü, 5 yaralı

agdamda-agir-qeza-
Oxunma sayı: 1180


“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Yerli sakinlərin verdiyi xəbərə görə, rayonun Quzanlı qəsəbəsində 3 minik avtomobili toqquşub. Nəticədə bir nəfər qəza baş verdiyi yerdə, bir nəfər isə xəstəxanada həyatını itirib. 

Qəza zamanı müxtəlif dərəcəli xəsarə alan yaralılar öncə Ağdam, daha sonra Bərdə şəhər xəstəxanasına yerləşdiriliblər. 

Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. 

Anar Həşimov