Ağdamda avtomobil piyadanı vuraraq öldürdü

agdamda-avtomobil-piyadani-vuraraq-oldurdu
Oxunma sayı: 1686

Ağdamda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Qafqazinfo"nun məlumatına görə rayonun Qərvənd kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Zamiq Məhərrəm oğlu yolu keçmək istəyərkən "Mercedes" markalı minik avtomobili onu vurub.

Ağır xəsarətlər alan Z.Əliyev xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli