Mayın 23-də Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Prokurorluğu və Heydər Əliyev” mövzusunda konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam, Laçın, Xocalı, Xocavənd rayon prokurorları, Ağdam Hərbi Prokuroru, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, prokurorluq əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə RİH başçısı Vaqif Həsənov, Ağdam Rayon Prokuroru Vasif Süleymanov və digər natiqlər çıxış edərək Azərbaycan prokurorluğunun Ulu öndərin rəhbərliyi ilə yeni inkişaf dövrünə qədəm qoymasından, hakimiyyətin bölünməsi prinsipinə əsaslanmaqla məhkəmə hakimiyyətində təmsil olunan müasir, sivil dövlət təsisatı kimi formalaşmasından, Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-nin respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmasından bəhs ediblər.





Son xəbərlər
Son Xəbərlər