Ağdamda bayrama həsr olunmuş ümumrayon tədbiri keçirilib

agdamda-bayrama-hesr-olunmus-umumrayon-tedbiri-kecirilib
Oxunma sayı: 1582

Bu gün Ağdam Rayon Heydər Əliyev Mərkəzinin qarşısında Novruz Bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, şəhid ailələri və qazilər, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən müəssisələrin kollektivləri və mədəniyyət işçiləri iştirak edib.

Tədbir iştirakçılarına milli mətbəx nümunələri, qədim xalq oyunları, kitablardan, muzey eksponatlarından və rəsm əsərlərindən ibarət sərgi təqdim olunub, idmançılar və hərbi geyimli gənclər tərəfindən müxtəlif səhnəciklər nümayiş etdirilib, tədbir keçirilən məkana Qarabağ atlarının gəlişi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayon əhalisini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruz Bayramının çoxəsrlik tarixindən, milli-mənəvi dəyərləri, humanizm prinsiplərini özündə birləşdirməsindən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri sayəsində 2009-cu ildən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən bəhs edib.

Tədbir Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın tanınmış incəsənət ustalarının ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.