Ağdamda dövlət qulluqçularının peşə bayramı qeyd edildi - Fotolar

agdamda-dovlet-qulluqcularinin-pese-bayrami-qeyd-edildi
Oxunma sayı: 1945

Ağdam Rayon Heydər Əliyev Mərkəzində “23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü” nə həsr olunmuş tədbir keçirilib

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ərazisində müxtəlif vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüb.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər qonaqlar tədbirdə çıxış edərək 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasının qoyulmasından, bu sahədə kadr siyasətinin əsas prinsiplərindən, dövlət qulluqçularının cəmiyyətdəki yerindən, Azərbaycannın müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirməsindən bəhs edib.

Tədbirin sonunda bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilib.