Ağdamda ekskovator minaya düşüb

agdamda-ekskovator-minaya-dusub
Oxunma sayı: 2625

Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman mina partlayışı baş verib.

Bu barədə “Qafqazinfo”ya Ağdam Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, 29 dekabr 2021-ci il tarixdə Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədovun tank əleyhinə minaya düşməsi nəticəsində ekskovatora ziyan dəyib, sürücü hər hansı xəsarət almayıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.