Ağdam Muğam Mərkəzində “Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği və öyrənilməsi” mövzusunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, şəhid ailələri və qazilər iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, ulu öndər Heydər Əliyevin və Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digərləri ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin və müstəqilliyimizin qorunub saxlanmasında xalqımız qarşısında misilsiz xidmətlərindən, onun uğurlu siyasəti sayəsində müstəqil Azərbaycanın azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmlənməsindən, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr quraraq bütün sahələrdə uğurlar əldə etməsindən, öz haqqını dünyanın ən ali tribunalarında və təşkilatlarında nümayiş etdirməsindən geniş bəhs ediblər.






Son xəbərlər
Son Xəbərlər