Ağdamda iki azyaşlı diri-diri yandı

agdamda-iki-azyasli-diri-diri-yandi
Oxunma sayı: 1602


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Ağdam rayonu Saybalı kəndindən olan məcburi köçkün Kazımov Zamiq Çingiz oğluna məxsus ev yanıb.

Nəticədə onun iki azyaşlı qızı, 2012-ci il təvəllüdlü Kazımova Əfsanə və 2013-cü il təvəllüdlü Kazımova Rəqsanə yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır.