Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentləri ilə bağlı araşdırma aparılır

agdamda-insan-sumuklerine-benzer-sumuk-fraqmentleri-ile-bagli-arasdirma-aparilir
Oxunma sayı: 2470

Ağdam rayonunda minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

"İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.