Ağdamda intihara cəhd edən oğlanı bacısı xilas etdi

agdamda-intihara-cehd-eden-oglani-bacisi-xilas-etdi
Oxunma sayı: 2945

Ağdamda inthara cəhd olub. 

"Qafqazinfo" xəbər verir ki, Quzanlı qəsəbə sakini Abdullayev Nurlan Mehman oğlu özünü öldürmək istəyib. O, yaşadığı evdə gəmiriciləri məhv etmək üçün istifadə olunan məhlulu içib. 

Nurlanı ölümdən bacısı xilas edib. O,  Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Araşdırma aparılır. 

Tural Hüseynli