Ağdamda küp tapıldı

agdamda-kup-tapildi
Oxunma sayı: 1712


“Qafqazinfo” xəbər verir ki, Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qarabağ neolit-eneolit ekspedisiyası”nın Qarabağ düzənliyində apardığı qazıntılar zamanı yaşı səkkiz min ilə yaxın olan tikili divarları, sapand daşları və təsərrüfat küpləri aşkar edilib. Düzbuçaqlı plan quruluşuna malik olan tikili iki otaqdan ibarətdir və samansız çiy kərpiclə tikilib. Tapıntılar arasında həcmi cox  böyük olan iki təsərrüfat küpü və 52 ədəd böyük sapand daşı da var. Tapılan nümunələr  qalıqları ilə bərabər  bərpa olunmaq üçün mütəxəssislərin ixtiyarına veriləcək.