Ağdamda mina axtarışı zamanı insan sümükləri tapılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyunun 19-u saat 09 radələrində baş verib.
“Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentləri aşkar edilib. Fakt üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər